AZ

Mürşüdobanın ən yaşlı sakini dünyasını dəyişib

Xaçmazın Mürşüdoba kəndinin ən yaşlı sakini Abdulrəhman Ağayev 99 yaşında vəfat edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, mərhum 1941–1945-ci illərdə Böyük Vətən müharibəsi dövründə arxa cəbhədə çalışaraq ərzaq təminatının gücləndirilməsinə öz töhfəsini verib.

Abdulrəhman Ağayev uzun illər zəhmətkeşliyi və fədakarlığı ilə ətrafındakı insanlara nümunə olub.

Mərhumla vida mərasimi bu gün saat 12:00-da onun yaşadığı Xaçmaz rayonunun Mürşüdoba kəndindəki evində keçiriləcək.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
17
bizim.media

1Mənbələr