AZ

Bu təcrübənin beynəlxalq platformada paylaşılması bizim üçün olduqca önəmlidir - Vahid Hacıyev

Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi "ağıllı şəhər" və "ağıllı kənd" layihələri ilə formalaşdırdığı innovativ şəhərsalma modelini beynəlxalq ictimaiyyətlə bölüşür.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır:

"Bildiyiniz kimi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Şuşanın işğaldan azad edilməsindən sonra bölgədə yeni kəndlərin, qəsəbələrin və şəhərlərin salınmasına başlanılıb. Bu gün artıq Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarında böyük layihələrin icrasını müşahidə edirik.

Biz hazırda "ağıllı kənd" və "ağıllı şəhər" konsepsiyalarını tətbiq etməklə müasir, dayanıqlı və innovativ yaşayış məkanları qururuq. Bu təcrübənin beynəlxalq platformada paylaşılması bizim üçün olduqca önəmlidir. Burada iştirakımızın əsas məqsədi də Azərbaycanın əldə etdiyi təcrübəni beynəlxalq auditoriyaya çatdırmaqdır. Hesab edirik ki, bu forum ölkəmiz üçün mühüm əməkdaşlıq və təcrübə mübadiləsi imkanları yaradacaq".

Seçilən
44
ikisahil.az

1Mənbələr