Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) 2025-ci ilin yekunlarına əsasən elan etdiyi nominasiya qaliblərinin mükafatlandırma mərasimi təşkil olunub.
Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə bildirib ki, 28 il əvvəl - 1998-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin təşəbbüsü ilə MOK-da ilk belə komissiya yaradılıb. Son illərdə bu mükafatlar Dünya Ədalətli Oyun Günü ərəfəsində təqdim edilir.
AƏOH-un İcraiyyə Komitəsinin üzvü Xəzər İsayev, Milli Məclisin deputatları Könül Nurullayeva və Eyvaz Qurbanov beynəlxalq qurumlarla görülən işlərdən bəhs edib, Ədalətli Oyun Gününün mahiyyətini vurğulayaraq, idmanda etik davranış, qarşılıqlı hörmət və dürüstlük kimi dəyərlərin təbliğinin əhəmiyyətindən danışıblar.
Mərasimin sonunda Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının 2025-ci ilin yekunlarına əsasən təsis etdiyi mükafatlar sahiblərinə təqdim olunub.
Qabil YUSİFOĞLU
XQ