AZ

Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Pirəhmədli kəndi üçün 1.1 milyon ayırdı

Füzuli rayonunun Pirəhmədli kənd yaşayış məntəqəsinə əlavə edilmiş ərazi üzrə işçi layihələrin hazırlanması, Pirəhmədli kəndinin şəhərsalma əsaslandırılması, kəndin sel sularından mühafizə edilməsi və mərkəzi hissəsində yerləşən yaşıllıq sahələrinin suvarma işlərinin layihələndirilməsinə 1 182 360 AZN sərf olunacaq.

 

Pravda.az-ın xəbərinə görə, sifarişçi “Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsidir.

 

İş icraçısı isə “Geoproject” MMC-dir.

 

Leysan Məmmədovun rəhbərlik etdiyi qurum və İlkin Əliyevin qanuni təmsilçi olduğu şirkət arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Cabir

Tarix: 20 May 2026, 11:37   
Seçilən
7
pravda.az

1Mənbələr