Bakı-Tbilisi-Bakı beynəlxalq sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı bugünlərdə Gürcüstan tərəfindən yayılmış məlumat artıq Azərbaycanda da rəsmi təsdiqini tapdı. Belə ki, AZƏRTAC-ın bildirdiyi məlumata görə, Azərbaycan Dəmir Yolları" QSC və "Gürcüstan Dəmir Yolları" arasında əldə olunmuş ilkin razılaşmaya əsasən, Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkət cədvəli müəyyənləşdirilib.
Newscenter.az xəbər verir ki, bunları deyən Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov bildirib ki, bu təşəbbüs, bu qərar təqdirə layiqdir:
"Amma yaxşı olardı ki, bu barədə ilk olaraq məlumatı Gürcüstan tərəfi yox, öz rəsmi qurumlarımız yayardılar. Çünki operativ xəbər yayımı məsələsində bir çox hallarda ləngiməyimizi bədxah qüvvələr həmişə öz əleyimizə istifadə etməyə çalışırlar".
Süleyman