AZ

Rusiya Çinə neft və qaz tədarükünü artıracaq

Rusiya prezidenti Vladimir Putin ölkəsinin Çin bazarına neft və mayeləşdirilmiş təbii qazın fasiləsiz tədarükünü davam etdirməyə hazır olduğunu bəyan edib.

“İki sahil” xəbər verir ki, o, bu barədə Çinə rəsmi səfəri çərçivəsində çıxışı zamanı danışıb.

“Ölkəmiz neft və təbii qazın, o cümlədən mayeləşdirilmiş qazın ən böyük ixracatçılarından biridir. Biz sürətlə böyüyən Çin bazarını bu yanacaq növləri ilə etibarlı və fasiləsiz şəkildə təmin etməyə davam etməyə hazırıq”, — deyə Putin bildirib.

Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Ushakov açıqlayıb ki, 2026-cı ilin birinci rübündə Rusiyadan Çinə neft tədarükü 35 faiz artaraq 31 milyon tona çatıb. Maliyyə ifadəsində isə Rusiyanın Çinə neft ixracı 8,8 faiz yüksələrək 14,4 milyard ABŞ dolları təşkil edib.

Seçilən
11
ikisahil.az

1Mənbələr