“Azərbaycanın Cənub-Cənub və üçtərəfli əməkdaşlıq sahəsində təşəbbüsləri mühüm əhəmiyyət daşıyır və yeni Qlobal Cənub QHT Platforması Qlobal Cənub ölkələrinin qeyri-hökumət təşkilatlarını bir araya gətirəcək”.
Bizim.Media xəbər verir ki, bunu BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin direktoru Dima Al-Khatib WUF13- çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Bu, Azərbaycanın Cənub-Cənub əməkdaşlığı sahəsində ilk təşəbbüsü deyil, lakin bu platforma xüsusilə vacibdir, çünki Qlobal Cənub üzrə QHT-lərin səslərini daha güclü şəkildə ifadə etməyə imkan yaradır. Buraya ən az inkişaf etmiş ölkələr, kiçik ada dövlətlər, dənizə çıxışı olmayan ölkələr və orta gəlirli ölkələr daxildir" - deyə BMT-nin nümayəndəsi bildirib.
Günay Şahmar, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta