AZ

ABŞ-ın Avropadakı hərbi qüvvələri ilə bağlı narahatlıq artır-NATO müttəfiqləri Vaşinqtondan izahat gözləyir- ÖZƏL

Estoniyanın xarici işlər naziri Maqnus Tsahkna ABŞ-ın Avropada hərbi kontingentini azaltmaq planlarının NATO müttəfiqləri arasında ciddi narahatlıq yaratdığını bildirib.
Olaylar.az xəbər verir ki, o,  Financial Times qəzetinə açıqlamasında qeyd edib ki, ABŞ-ın Almaniyadakı hərbi qüvvələri azaltması və Polşada qoşun rotasiyasını dayandırmaq qərarı alyans daxilində suallar doğurub. Tsahkna bildirib ki, bu məsələ təkcə ayrı-ayrı ölkələrin deyil, bütövlükdə NATO-nun çəkindirmə və təhlükəsizlik strategiyasına təsir edir.
Nazirin sözlərinə görə, Avropa ölkələri Vaşinqtonun planları barədə "aydın və koordinasiyalı məlumat" əldə etməlidir və ABŞ-ın gələcək hərbi siyasəti üçün konkret yol xəritəsi təqdim olunmalıdır. O vurğulayıb ki, ABŞ hərbi mövcudluğu hələ də Avropanın təhlükəsizliyinin əsas dayaqlarından biridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
3
olaylar.az

1Mənbələr