AZ

Çin Rusiya ilə vizasız rejimi 2027-ci ilin sonuna qədər uzadıb

Çin Rusiya ilə vizasız rejimi 2027-ci ilin sonunadək uzadacaq. Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Guo Jiakun məlumat verib. Hazırkı vizasız rejim haqqında saziş 2026-cı il sentyabrın 14-dək qüvvədədir.

“Çin tərəfi Rusiya tərəfi ilə birlikdə iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin daha rahat olması üçün səyləri davam etdirməyə hazırdır”, — deyə diplomat brifinqdə bildirib.

Vizasız rejim çərçivəsində Çində qalma müddəti əvvəlki kimi 30 gündən çox olmayacaq.

Bugünkü danışıqlar zamanı Rusiya prezidenti Vladimir Putin də Çinlə qarşılıqlı vizasız rejimin uzadılacağını açıqlayıb. Onun sözlərinə görə, bu saziş iki ölkə arasında humanitar əlaqələrin genişlənməsi üçün “əlavə stimul” olub.

Seçilən
3
banker.az

1Mənbələr