AZ

İbrahim Rəisinin ölümü yenidən gündəmdə - Azərbaycana qarşı əsassız ittihamlar irəli sürülür - VİDEO

İranın keçmiş Prezidenti İbrahim Rəisinin ölümünün ildönümü ilə bağlı animasiya səhnəsi yayımlanıb.

Missiya.Az xəbər verir ki, bu barədə ərəbdilli “NAYA” telegram kanalı paylaşım edib.

Paylaşımda “LEGO stilində çəkilmiş animasiya İran İslam Respublikasının məşhur prezidentinin səyahətini əks etdirir” ifadəsi yer alıb. Ancaq burada əsas diqqət çəkən məqam hadisənin Azərbaycanla görüşdən sonra baş verməsinə eyham vurulmasıdır. Azərbaycana qarşı əsassız ittihamlar yenidən animasiya ilə gündəmə gətirilib. Eyni zamanda videoda onun ölümündə İsrailin əlinin əlinin olduğuna dair görüntülər yer alıb.

Xatırladaq ki, İbrahim Rəisi 2024-cü il 19 may tarixində Azərbaycanla sərhəddə yerləşən “Xudafərin” və “Qız Qalası” su anbarlarının açılış mərasimindən qayıdarkən helikopter qəzasında həlak olub.

Daşqın HəsənovMissiya.Az

Seçilən
17
missiya.az

1Mənbələr