AZ

BMT rəsmisindən SƏNƏDSİZ EVLƏRƏ DAİR ÇAĞIRIŞ

Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası üçün bu ərazilərin rəsmi şəkildə tanınması və bütün sektorları əhatə edən inteqrə edilmiş həllərin tətbiqi vacibdir”.Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13 çərçivəsində keçirilən “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı” adlı dialoq sessiyasında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, hazırda Azərbaycan Somali ilə birlikdə UN-Habitat-ın mənzil məsələləri üzrə açıq tərkibli işçi qrupu çərçivəsində qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası üzrə müzakirələrə həmsədrlik edir.

Anaklaudia Rossbax qeyd edib ki, qeyri-rəsmi yaşayış məntəqələrinin tanınması və bu ərazilərlə bağlı məlumatların statistika və siyahıyaalma sistemlərinə daxil edilməsi əsas prioritetlərdəndir.UN-Habitat rəhbəri vurğulayıb ki, bu ərazilər yalnız problem zonası deyil, həm də şəhərlərə gələn insanlar üçün təhsil, səhiyyə, məşğulluq və digər imkanlara çıxış qapısıdır.O əlavə edib ki, qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası üçün mənzil, infrastruktur, sosial xidmətlər və maliyyə sahələrini əhatə edən inteqrə edilmiş həllər tələb olunur.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
1
bizim.media

2Mənbələr