AZ

Saleh Səmədov görün nə qədər pul mənimsəyibmiş

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib...

Poliqon Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə dövlət ittihamçısı Fuad Musayev ittiham aktını elan edib.

İttihama görə, Saleh Səmədov cinayət baş verən dövrdə tutduğu vəzifədən istifadə edərək ümumilikdə 200 min manat vəsaiti mənimsəyib.

İttihama münasibət bildirən Səmədov özünü qismən təqsirli bilib, bildirib ki, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə özünü günahkar saymır.

O, növbəti prosesdə sərbəst ifadə verəcək.

Növbəti proses iyunun 10-na təyin eedilib.

Hazırda dəymiş ziyandan 44 min manat ödənilib.

Saleh Səmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) və və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

O, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

Qeyd edək ki, Səmədov ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.

Saleh Səmədov ötən il 9 May - Faşizm üzərində Qələbə Günü keçirilən tədbirdə özünü ifşa edib. Həmin vaxt rayon ağsaqqalının SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan "Georgi lenti" ilə çıxış etməsi ictimai qınağa səbəb olub.

Poliqon.info

Seçilən
2
24
poliqon.info

10Mənbələr