QIYMAQIN UŞAQLARA
Ay-Günəş istəyirlər,
Nur ələnsin cahana.
Şeh, yağış diləyirlər,
Təbiət gəlsin cana.
İstəyirlər gül, çiçək
Ətri çöksün hər yana.
Raketləri, topları
Tuşlamayın onlara.
Tanrıdan gələn səsdi:
– Qıymayın uşaqlara!
Uşaqları gül üstə
Kəpənəklər gözləyir.
Səkilərdə gəzişən
Göyərçinlər səsləyir.
Bülbüllər, qaranquşlar
Şux nəğmələr bəsləyir.
Bu rəngarəng dünyanı,
Boyamayın siz qara.
Ey faşist-terrorçular,
– Qıymayın uşaqlara!
Arzuları tumurcuq,
İstəkləri qönçədi.
Yaşamaq həvəsləri
Hər istəkdən öncədi.
Baxışları ovsunlu,
Gülüşləri incədi.
Dünyanın sinəsinə
Vurmayın ağır yara.
Ey faşist-terrorçular,
– Qıymayın uşaqlara!
Əl boyda uşaqların
Ömrünü söndürdünüz.
Gecə şirin yuxuda,
Yataqda öldürdünüz.
Neçə məsum körpəni
Ölümə güldürdünüz.
Bu vəhşi əməllərdən
Dünya gəlibdi zara.
Daha yetər, son qoyun,
Son qoyun terrorlara.
Bu, Tanrının səsidi:
– Qıymayın uşaqlara!
CIR TUT
Budağa yapışıbdı,
Nə suyu var, nə dadı.
Xoşlamırlar uşaqlar,
Cır tutdur onun adı.
AĞ TUT
Yaxına gəl, çəkinmə,
Ağ tutdan ye birini.
Çox xoşuna gələcək,
Bal kimi şipşirindi.
XAR TUT
Köməyə çat, babacan,
Barmaqlarım oldu qan.
Dəcəllik etməmişəm,
Dərib yedim xar tutdan!
12.11.2025
BULUD
Buluda bax, buluda,
Baxır tağır sayağı.
Göydən asılı qalıb
Yoxdur heç bir dayağı.
Hönkür, hönkür hönkürüb,
Şimşək təkin çaxacaq,
Gur yağışa dönəcək.
Yer üzünə yağacaq.
08.09.2025
NAR
Babanın narı vardı,
Ortadan narı yardı.
Uşaqlar daddı nardan
Çoxlu giləsi vardı.
02.09.2025
AKVARIYUMDA BALIQLAR
Akvariyumda
Balıqlar üzür.
Asəf onları
Heyrətlə süzür.
Rəngarəngdilər
Burda balıqlar.
Qara, qırmızı
Göy, narıncı var.
Fere balıqlar
Şux dəcəldillər.
Dəniz meləykə,
Kəpənəyilər
Çox gözəldilər.
Hələ bir baxın
Qara neona.
Üzüb çatammır
Astronaot ona.
Asəf deyinir:
Balıqlar suda
Nədən boğulmur?
Suda onlara
Bəs, soyuq olmur?
Yeməyi necə?
Suda yeyirlər
Hələ şənlənib
Nəğmə deyirlər.
Baxmaqla doymur
O özəlliyə
Asəf vurulur
Bu gözəlliyə.
22.10.2025
DOVŞAN BƏRƏSİ
Şabranda örüşü,
Çəpərə alıbdılar.
Dovşalara çox geniş
Bir bərə salıbdılar.
Dovşanların rəngləri
Ağ, qaradı, boz, sarı.
Hər cürə yaşdadılar,
Bərənin dovşanları.
Qaldıqları yuvalar
Dayaz deyil, dərindir.
Qış çağları istidir,
Yay günlər sərindir.
Bərədə cərgə-cərgə
Ot tayası qurublar.
Yorğun düşmüş dovşanlar,
Burda mürgü vurublar.
Bəziləri dəcəldi.
Yerli-yersiz dalaşır.
Dinclik nədir bilməzlər
Bərə boyu dolaşır.
Çox incə olsalar da,
Dovşanların dişləri,
Kələm, kök, ağac şiri,
Çeynəməkdir işləri.
Yolunuz düşsə əgər,
Ay uşaqlar, gələrsiz
Bu dovşan bələsini
Heyranlıqla süzərsiz.
19.09.2025
ƏL ÇALIB ALQIŞLAYAR
Hamı yaxşı tanıyır,
Bu bir yaşlı Məmini.
Yamancana tapıbdı,
Dəcəlliyin çəmini.
Yuxudan oyananda
Boş görəndə otağı,
Biri-birinə qatır,
Çarpayıda yataşı.
Yastğı didişdirir,
Gücü çatmır, dirəşir.
Balıncı döyəcləyir,
Qucaqlayıb güləşir.
BULAQ
Dağların ətəyində
İnci sulu bulaq var.
Bulağın gözündə də
Bitib yabanı otlar.
Bir-bir yoldum otları,
Sandım, bulaq ağlayır.
Baxdım, fərəh-sevincdən
Bulaq coşub-çağlayır.
Bulağın buz suyundan
İçəmmədim, dayandım.
Ancaq ayna suyunda
Sığallandım, darandım.
BAKI ŞƏHƏRİ
Xəzərin sahilindən,
Baxır Bakı şəhərı.
"Gilavar"la, "Xəzri”lə
Açılır hər səhərı.
Yaşı qədm, uludu,
"Qız qalası" qeyrəti.
Görənlərdə oyadır,
Əfsanəni, heyrəti
Tarıxləri yaşadır,
"Şirvanşahlar sarayı".
Burda görüb, düyürsan,
Yaşanan dərd, harayı.
İçərişəhər kimi
Memarlıq incisi var.
Novruz günləi burda
Tonqal çatıb, qalanar.
Qobustan qayaları
Yaşadır çox sirləri.
Müqəddəsdi, uludu,
Məbədləri, pirləri.
Qoynunu şeyr edəndə,
Mavi gözlü Xəzəri.
Qağayılar cəlb edir,
İlk baxışdan nəzəri.
Yağışı, küləyi bol,
Qırovu, qarı azdı.
Göyərçinə, qumruya
Qış günü burda yazdı.
Məşəl yanan zirvənin
Şəfəqlənir hər yanı.
Nur selındə uyuyur,
"Şəhidlər xiyabanı".
Bakının qucağında
Xiyabanlar yer alır.
Sevilən dahilərə,
Abidələr ucalır.
Gözəlliklər cəlb edir,
Qoynuna gələnləri.
Həm qədimi binalar,
Həm də göydələnləri.
"Gilavar"la, "Xəzri"ylə,
Açılır hər səhəri.
Günü gündən gəncləşir
Qədim Bakı şəhəri.
02.01.202
PÖHRƏLƏR
Yamancana sozalmışdı,
Xan çinarın pöhrələri.
Su içəntək açıldılar,
Pöhrələrin çöhrələri.
YAĞIR YAĞİŞ
Narın-narın
Yağır yağır.
Gölməçəyə
Salır naxış.
AYANDI
Rəqs eyləyən bir qıza,
Dovşan, dedim, dayandı.
Maskasını soyundu,
Dedi, adım Ayandı.
ƏRİMİR
Qar yağanda bağçadan
Hamı evə tələsir
Saçımıza yağan qar,
İsti duycaq əriyir
Deyirəm ki, görəsən,
Bu nə sirdir, bu nə sirr,
Babamın saçlarına
Yağan qarlar ərimir.
AYTƏNƏM
Boynubükük bitən gül,
Nə olubdu, qəmlisən?
Ağlamısan elə bil,
Ləcəkləri nəmlisən.
Səndən şeir bilirəm,
Mənə öyrədib nənəm.
Tanımadın sən məni?
Səni sevən Aytənəm!
ƏSGƏR NƏĞMƏSİ
Eldə, obada
Xoş titrəyiş var.
Bağçada, bağda,
Oxuyur quşlar.
Çöllər bürünüb
Al laləsinə.
Şəbnəmlər qonub
Piyaləsinə.
Kövrək sədalar
Qaval, tarındı.
Uçan nəğmələr
Uşaqdarındı.
Göy üzü mavi
Üfüqlər duru.
Ələnib yerə
Günəşin nuru.
Çaylar səs salar,
Coşar dərədə.
Ceyran-cüyürlər,
Mələr bərədə.
Bir səs də var ki,
Ləldi kəlməsi.
Qəlb ovsunlayan
Əsgər nəğməsi.
04.05.2026