ABŞ Senatı ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi səlahiyyətlərini məhdudlaşdıran qətnamənin müvafiq komitədən çıxarılmasını dəstəkləyib.
Redaktor.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirir ki, təşəbbüs Demokrat senatorlar Tim Keyn, Kori Buker, Çak Şumer, Temmi Bolduin, Temmi Dakvort və Adam Şiff tərəfindən irəli sürülüb.
Məlumata görə, sənəd 50 senatorun dəstəyini qazanıb, 47 senator isə əleyhinə səs verib.
Dörd Respublikaçı senator – Syuzan Kollinz, Liza Murkovski, Rend Pol və Bill Kassidi – təşəbbüsə dəstək verib.
Qətnaməyə qarşı çıxan yeganə Demokrat isə Con Fetterman olub.
Bildirilir ki, bu qərar yeddi uğursuz cəhddən sonra qəbul edilib.
Qeyd edək ki, ABŞ Konstitusiyasına əsasən, müharibə elan etmək səlahiyyəti yalnız Konqresə məxsusdur.
Məlumata görə, fevralın 28-də ABŞ və İsrail İrandakı hədəflərə zərbələr endirib, nəticədə 3000-dən çox insan həlak olub. Daha sonra 8 apreldə Vaşinqton və Tehran arasında atəşkəs elan edilib, lakin İslamabadda keçirilən sonrakı danışıqlar nəticəsiz qalıb.
Aminə ŞAHSUVARQIZI