AZ

Paşinyan onları “rus agenti” adlandırdı

Ermənistanın baş naziri Nikol Paşinyan seçkiqabağı kampaniya çərçivəsində növbəti dəfə qalmaqallı bəyanatlarla çıxış edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Lori vilayətinin Şnox kənd sakinləri ilə görüşdə Paşinyan yenə də müxalifəti “casusluqda” ittiham edib.

Baş nazir çıxışı zamanı “The Insider” nəşrini “nüfuzlu beynəlxalq media” adlandırıb və saytın “Kaluqalı Samo” kimi tanınan şəxsin FTX ilə əlaqələrini ifşa etdiyini xatırladıb. Paşinyan bildirib ki, əgər həmin şəxslər “The Insider”-in araşdırmasını təkzib etmək istəyirlərsə, beynəlxalq məhkəməyə müraciət etməlidirlər.

Daha sonra Paşinyan bir neçə il əvvəl internetə sızdırılmış səs yazısını yenidən gündəmə gətirib. Həmin səs yazısında Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın Rusiya prezidenti Vladimir Putinə müraciətlə “Məni siyasətə siz qaytardınız, indi isə siyasətdən çıxmağımı təmin etməyinizi xahiş edirəm” dediyini xatırladıb. Paşinyan xatırladıb ki, həmin vaxt müxalifət bu səs yazısının süni şəkildə hazırlandığını deyirdi. Ermənistan baş naziri həmin vaxt beynəlxalq ekspertiza keçirilməsini təklif etdiyini, lakin bunun edilmədiyini deyib. İndi isə Paşinyan həmin çağırışı yenidən təkrarlayıb və iyunun 7-dək ekspertiza keçirilməsini istəyib. Ermənistan hökumətinin başçısı daha sonra olduqca sərt ifadələr işlədib: “Ölkənin baş naziri kimi zəmanət verirəm ki, həmin səs yazısı həqiqidir. Orada danışan şəxs Robert Köçəryanın özüdür. Bu, sadəcə üçbaşlı müharibə partiyası deyil, həm də üçbaşlı casuslar partiyasıdır”.

Musavat.com

Seçilən
1
1
musavat.com

2Mənbələr