Bakivaxti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində yeni kadr təyinatı olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Günay Əliyeva mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilib.
Xatırladaq ki, daha öncə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nəzrin Adıgözəlzadə olub. O, fevralın 17-də öz ərizəsi ilə vəzifəsindən ayrılıb.
Qeyd edək ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindədir. /yenisabah.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.