“Arsenal” ispaniyalı qanad hücumçusu Niko Uilyamsı “Atletik Bilbao”dan transfer etmək üçün ciddi addımlar atır.
İdmanxeber.az-ın məlumatına görə, klub onun 60 milyon avrolluq alış opsionunu aktivləşdirməyə hazır olduğunu bildirərkən oyunçuya nüfuzlu 10 nömrəli formanı da təklif edib. Mənbələrə görə, Uilyams artıq Londonda özünə ev axtarır və “Atletik”də komanda yoldaşları ilə vidalaşmağa başlayıb.
“Barselona” da oyunçuya maraq göstərsə də, “Arsenal” bu yarışda irəlidədir. Transfer bu yayın ən gözlənilən sövdələşmələrindən biri olacaq