AZ

Qarabağla bağlı sənədli film WUF13 də NÜMAYİŞ ETDİRİLDİ

Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş "Yaradan" adlı sənədli filmi təqdim edilib.Film barədə Bizim.Media-ya açıqlamasında Azərbaycan Jurnalistlər Şəbəkəsinin İctimai Birliyinin sədri Ayaz Mirzəyev deyib ki, sənədli filmdə Ümumdünya Şəhərsalma Forumununun prioritetləri olan insanların dayanqlı yaşayışının təmin edilməsi, yeni şəhərsalma fəlsəfəsi və “Ağıllı şəhər” konsepsiyasının qurulması kimi əsas mövzular öz əksini tapıb:"Film Vətən müharibəsinin 5 illiyinə həsr olunub, 2025-ci ildə istehsal edilib. Burada əsas məqsədimiz ekran əsərində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri, eləcə də bu bölgələrə "Böyük Qayıdış" prosesinin nəticəsi real təsvir etmək idi. Biz görülən işləri, işğaldan azad olunmuş ərazilərə köçən insanların hekayələri əsasında sadə dillə onların təəssüratlarını təqdim etmişik".O, filmin çəkilişlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparıldığını qeyd edib.Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
2
bizim.media

3Mənbələr