AZ

Şalva Papuaşvili: Britaniya Gürcüstanı təhdid edir

BAKI, 20 may. TELEQRAF

“Əgər Rusiya nefti yenidən Böyük Britaniyaya daxil olarsa, bu, yalnız bir şey ifadə edəcək: Gürcüstanın Rusiyadan neft məhsulları idxal etməməsini tələb edən Böyük Britaniya hökumətinin nə qədər ikiüzlü olmasını”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

Spikerin sözlərinə görə, bir müddət əvvəl Britaniya səfiri şəxsən parlamentə gələrək, Rusiyadan neft məhsullarının Gürcüstana idxal edilməməsi barədə yarı-təhdid dolu tonda danışmışdı:

“Səfirdən Gürcüstanın bunu necə etməli olduğu soruşulduqda söylədi ki, sanksiyalara ehtiyac yoxdur, idxalın qarşısını almaq üçün işgüzar dairələrə təzyiq göstərməliyik. Britaniya səfirinin fikirləri belədir. Əslində demək istəyirdi ki, ya Rusiyaya, ya da işgüzar dairələrə təzyiq göstərməli idik. Ona neft məhsulları idxal edilməsə, bizneslərin başqa bazar tapmalı olacağını, nəticədə Gürcüstanda benzinin bahalaşacağını deyəndə cavabı belə oldu: “Nə edə bilərəm, bizim vətəndaşlarımız üçün də həyat bahalaşıb”.

Bu gün isə öyrənirik ki, Britaniyanın özü sanksiyaları yumşaldıb. Əgər Britaniya səfirinə qulaq assaydıq, yəqin Rusiya ilə iqtisadi əlaqələr tamamilə kəsilərdi, əksini etsəydik, bizə embarqo tətbiq edərdilər. Nəticədə iqtisadi çöküşlə üzləşərdik. Təəssüf ki, beynəlxalq siyasət çox əxlaqsızdır. Əxlaqi cəhət budur ki, əgər özümüzə qayğı göstərməsək, nə Britaniya səfiri, nə də başqa bir ölkənin nümayəndəsi bizim narahatlıqlarımızla maraqlanacaq”.

Xatırladaq ki, Böyük Britaniya Hörmüz boğazının bağlanması səbəbindən Rusiya neftinə qarşı sanksiyaları yumşaldıb.

Seçilən
6
teleqraf.com

1Mənbələr