AZ

Daha bir küçə və prospektdə velosiped zolaqları salındı

Bakının Şəfayət Mehdiyev küçəsində və Vaqif prospektində mikromobillik zolaqları təşkil edilib.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, Mətbuat prospektində daha öncə təşkil edilmiş zolaqlar isə Akim Abbasov küçəsi ilə kəsişməyə qədər uzadılıb. Ərazidə müvafiq nişanlanma işləri aparılıb. Yaxın günlərdə yol nişanlarının və təhlükəsizlik sədlərinin quraşdırılması həyata keçiriləcək.

Növbəti mərhələdə Akim Abbasov küçəsində salınacaq yeni mikromobillik zolağı sayəsində dairəvi hərəkət təmin olunacaq. Vaqif prospektində salınan zolaqların isə gələcək perspektivdə "Atatürk" parkındakı velosiped zolağı ilə əlaqələndirilməsi planlaşdırılır.

Seçilən
16
7
publika.az

8Mənbələr