AZ

"Abşeron Tullantı Hövzəsində bir poliqon və dörd ötürücü məntəqənin tikilməsi planlaşdırılır"

BAKI, 20 may. TELEQRAF

İqtisadiyyat Nazirliyinin Dünya Bankı ilə birgə reallaşdırdığı qrant layihə çərçivəsində tullantıların idarə edilməsi sahəsində işlər görülür.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Xarici maliyyə institutları və investisiya fondları ilə iş üzrə departamentində Beynəlxalq investisiya fondları və donorlarla əməkdaşlıq şöbəsinin müdiri Günel Quliyeva WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Plastik çirklənməsi ilə mübarizə: Yaşamaq üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" adlı tədbirdə deyib.

O bildirib ki, Abşeron Tullantı Hövzəsində bir poliqon və dörd ötürücü məntəqənin tikilməsi planlaşdırılır:

"Layihə çərçivəsində çirklənmiş ərazilərin təmizlənməsi istiqamətində addımlar atılacaq. Abşeron tullantı hövzəsi üzrə
Abşeronda bir poliqon və Xızı, Şamaxıərazilərində dörd ötürücü məntəqənin tikintisi planlaşdırılır. Layihənin digər mərhələlərində isə əlavə ötürücü məntəqələrin tikintisi də nəzərdə tutulur.

Bu istiqamətdə əsas məqsədlərdən biri beynəlxalq təcrübənin tətbiqi və müasirstandartların poliqon tikintisində istifadə edilməsidir. Biz bu layihələr üzərində məsuliyyətlə çalışırıq və düşünürük ki, növbəti mərhələlərdə regionlarda poliqonların və transfer mərkəzlərinin tikintisiilə artan əhalini nəzərə alaraq abşeron ərazisində məişət tullantıları tənzimlənəcək və irəliləyiş əldə edəcəyik".

Seçilən
50
4
teleqraf.com

5Mənbələr