AZ

Uşakov Uitkoff və Kuşnerin Rusiyaya səfərini təsdiqlədi

ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşnerin yaxın həftələrdə Rusiyaya səfəri gözlənilir.

Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov “Kp.ru”ya açıqlamasında bildirib.

O, sözügedən səfərlərin dəqiq tarixinin hələlik məlum olmadığını vurğulayıb.

Qərb mediasının məlumatına görə, səfər zamanı danışıqların əsas mövzusu Rusiyada həbsdə olan ABŞ vətəndaşlarının mübadiləsi və ya azad edilməsi ola bilər.

Seçilən
12
publika.az

1Mənbələr