AZ

İran qiyamət düyməsinə basır: Təsəvvür edə bilməyəcəyiniz yerləri darmadağın edəcəyik

Yaxın Şərqdə hərbi gərginlik və müharibə riski ən kritik həddə çatıb. İranın ən güclü hərbi elitası olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) beynəlxalq koalisiyaya və rəqiblərinə qarşı misli görünməmiş sərtlikdə hədə bəyanatı yayıb.

Musavat.com xəbər verir ki, SEPAH İrana qarşı yönələ biləcək növbəti hərbi addımların qarşılığında müharibə coğrafiyasını genişləndirəcəyi ilə bağlı rəsmən hədələyib. İranın rəsmi "Fars" informasiya agentliyinin yaydığı bəyanatda rəsmi Tehranın qəti mövqeyi nümayiş etdirilib. Qurumun bəyanatında qeyd olunur: "Əgər İrana qarşı hər hansı təcavüz təkrarlanarsa, əvvəllər xəbərdarlıq etdiyimiz regional müharibə bu dəfə regionun hüdudlarından çox-çox kənara çıxacaq. Sizin heç təsəvvür belə edə bilməyəcəyiniz məkanlara endirəcəyimiz sarsıdıcı zərbələr sizə rüsvayçı və amansız bir məğlubiyyət yaşadacaq".

SEPAH rəhbərliyi həmçinin xüsusi olaraq vurğulayıb ki, indiyə qədər baş vermiş silahlı toqquşmalar və raket hücumları zamanı İran Silahlı Qüvvələri öz real hərbi potensialının hamısından istifadə etməyib. Komandanlıq rəqiblərinə mesaj verərək bildirib ki, Tehranın əlindəki strateji silahlar və gizli hərbi güc hələ tam dövriyyəyə buraxılmayıb və növbəti qarşıdurma qlobal miqyaslı fəlakətlə nəticələnə bilər.


Musavat.com

Seçilən
9
musavat.com

1Mənbələr