AZ

ŞOK HADİSƏ: Gəlinə görün nə cehiz verdilər - VİDEO

İranda dövlət televiziyasında yayımlanan proqramların birində İslam Respublikasının tərəfdarı olan gənc cütlük cehiz seçimi ilə bağlı hər kəsi təəccübləndirən qeyri-adi açıqlama verib.

Musavat.com "Azad İran"a istinadən xəbər verir ki, canlı yayım zamanı bəy, gəlinə cehiz olaraq İran istehsalı olan "Şahed" kamikadze dronunun təqdim edildiyini bildirib.

O, həmçinin gələcəkdə bu dronun “İsrailin mərkəzinə zərbə endirəcəyinə ümid etdiyini” xüsusi olaraq vurğulayıb.

Hadisə son həftələrdə İran mediasında və rəsmi tədbirlərdə hərbi simvolların və dronların daha çox təbliğat elementinə çevrilməsi fonunda diqqət çəkib.

Musavat.com

Seçilən
1
2
musavat.com

3Mənbələr