AZ

“Körfəz ölkələri özünü müdafiə edə bilmir” Politoloqdan SƏRT AÇIQLAMA

Bakivaxti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksəkvəzifəli nümayəndələrinin Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) İranla mümkün müharibəyə daha fəal şəkildə müdaxilə etməyə çağırdığı bildirilir.

Böyük Britaniyanın “The Telegraph” qəzeti Vaşinqtondakı bəzi dairələrin BƏƏ-nin İranın strateji əhəmiyyətə malik Lavan adasını ələ keçirməsini istədiyini yazıb.

Məlumata görə, münaqişə zamanı ada BƏƏ tərəfindən hücuma məruz qalıb. Qeyd olunur ki, Lavan adası İranın ən böyük neft terminallarından biridir və ölkənin enerji ixracında mühüm rol oynayır. Ada Xark adası ilə birlikdə İranın əsas enerji mərkəzlərindən hesab edilir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Əhəd Məmmədli bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) regionda hərbi baxımdan zəif ölkələr sırasındadır və onu “karton dövlət” kimi xarakterizə etmək mümkündür.

Ekspertin sözlərinə görə, BƏƏ kimi Körfəz ölkələri İrana qarşı real hərbi güc nümayiş etdirmək imkanına malik deyil:

“Son ABŞ–İran gərginliyi zamanı Körfəz ölkələrinin hərbi potensialı açıq şəkildə ortaya çıxdı. BƏƏ də daxil olmaqla regionun bir sıra dövlətləri özlərini effektiv müdafiə etmək gücündə deyillər”.

O əlavə edib ki, İranın mümkün hücumları fonunda bu ölkələrin zəifliyi daha da aydın görünür:

“İrana qarşı baş verən gərginliklər zamanı Körfəz ölkələrinin əksəriyyəti acizlik nümayiş etdirdi. Bu mənzərə onların real hərbi hazırlıq səviyyəsini göstərdi”.

Əhəd Məmmədli, politoloq

Politoloq ABŞ administrasiyasının mövqeyinə də toxunaraq qeyd edib ki, BƏƏ-nin İrana qarşı hərbi əməliyyatlara cəlb olunması real görünmür:

“ABŞ rəsmilərinin BƏƏ kimi ölkələri İrana qarşı müharibəyə təşviq etməsi ciddi yanaşma deyil. Çünki BƏƏ-nin belə bir hərbi potensialı yoxdur. Bu, daha çox qeyri-real və praktik olmayan bir ssenaridir”.

Əhəd Məmmədli vurğulayıb ki, belə bir tələb həm ABŞ üçün qeyri-ciddi görünür, həm də regionun reallıqları ilə uzlaşmır:

“BƏƏ-nin İrana qarşı müharibəyə qoşulması real deyil və bu, həmin ölkə üçün ciddi risklər yarada bilər. Körfəz monarxiyalarının rəhbərliyi də bu cür addımların nəticələrini yaxşı anlayır”.

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
bakivaxti.az

1Mənbələr