AZ

Pepeyn van Lun: İctimai məkanların və yaşıl zonaların inkişafı müasir meqapolislər üçün əsas amillərdir

Bakı, 20 may, AZƏRTAC

Müasir meqapolislər üçün ictimai məkanların və yaşıl zonaların inkişafı çox vacibdir.

Bu barədə niderlandlı urbanist Pepeyn van Lun AZƏRTAC-a müsahibəsində bildirib.

O qeyd edib ki, sürətli urbanizasiya ilə şəhərlər getdikcə daha sıx və tıxaclı olur ki, bu da insanların istirahət etmək və enerji toplamaq üçün yer tapmasını çətinləşdirir.

Agentliyin həmsöhbətinin sözlərinə görə, müasir meqapolislər tez-tez yüksək temperatur, həddindən artıq sıxlıq və rahat istirahət zonalarının olmaması ilə bağlı problemlərlə üzləşir ki, bu da yaşıl zonaların mövcudluğunu xüsusilə vacib edir. Ekspert vurğulayıb ki, bu cür ərazilər şəhər sakinlərinin həyat keyfiyyətinə birbaşa təsir göstərir, onlara istirahət etməyə, təbiətdə vaxt keçirməyə və daha rahat şəhər mühiti yaşamağa imkan verir.

Urbanist müsahibənin sonunda əlavə edib ki, öz şəhərindən zövq almaq insanların rifahının və gündəlik həyatının vacib hissəsidir.

Müxbir – Tamilla Məmmədova

 

Seçilən
15
2
azertag.az

3Mənbələr