AZ

Xırdalanda yeniyetmə maşının altında qalmaqdan son anda qurtuldu ANBAAN VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Abşeron rayonu, Xırdalan şəhərində baş verən təhlükəli hadisə avtomobilin videoregistratoruna düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 19-da saat 10:15 radələrində Nizami Gəncəvi küçəsində qeydə alınıb. Kadrlardan görünür ki, velosipedlə hərəkət edən yeniyetmə qəfil müvazinətini itirərək yaxınlaşmaqda olan avtomobilin qarşısına yıxılıb. Bu zaman sürücü ani reaksiya göstərərək avtomobili sağa istiqamətləndirib və yeniyetməni vurmaqdan son anda yayınıb.

Görüntülər bir daha göstərir ki, xüsusilə yaşayış məntəqələrində velosiped sürən uşaqların nəzarətsiz şəkildə hərəkət etməsi ciddi risk yaradır. Belə hallarda həm valideynlərin təhlükəsiz sürmə qaydalarına diqqət yetirməsi, həm də sürücülərin məhəllədaxili və sıx yaşayış olan ərazilərdə sürəti minimumda saxlaması mümkün faciələrin qarşısını ala bilər.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
avtosfer.az

1Mənbələr