AZ

Nigeriyada İŞİD-in 175 silahlısı öldürülüb

Qahirə, 20 may, AZƏRTAC

Həftə sonunda Nigeriya ordusunun Amerika Birləşmiş Ştatlarının Silahlı Qüvvələri ilə birlikdə həyata keçirdiyi hava zərbələri nəticəsində İŞİD terror qruplaşmasının ümumilikdə 175 silahlısı ölüb. Onların arasında qruplaşmanın yüksəkrütbəli liderlərindən biri də var.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu barədə Nigeriya ordusunun bəyanatında bildirilib.

Qeyd olunub ki, birgə hava zərbələri mayın 19-dək bir neçə gün davam edib. Əməliyyatlar nəticəsində Nigeriyada İŞİD-in nəzarət məntəqələri, silah anbarları, loqistik mərkəzləri, hərbi avadanlıqları, maliyyə şəbəkələri dağıdılıb.

Qeyd edək ki, Nigeriya 2009-cu ildən “Boko Haram” və “İŞİD – Qərbi Afrika Vilayəti” terror qruplaşmaları ilə mübarizə aparır.

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

 

Seçilən
14
1
azertag.az

2Mənbələr