Romelu Lukaku tezliklə Neapolu tərk edəcək. Onun bu şəhərdə çox da qalmayacağı gözlənilirdi.
"Football-plus.az" xəbər verir ki, “Napoli”nin belçikalı hücumçusu komandadan ayrılmağa hazırlaşır. “La Gazzetta dello Sport”un məlumatına görə, tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilməsi barədə razılaşma əldə ediblər. Tezliklə azad agent statusu qazanacaq 33 yaşlı forvardın karyerasını Səudiyyə Ərəbistanı və ya Türkiyədə davam etdirəcəyi ehtimal olunur.
Qeyd edək ki, Romelu uzun müddət vətəni Belçikada müalicə olunub və klubuna səhhəti ilə bağlı məlumat verməyib. Neapola qayıdanda isə rəhbərliklə bosları narazı salan tərzdə danışıb. Bu səbəbdən baş məşqçi Antonio Konte onu çempionatın son oyunlarında meydana buraxmayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta