AZ

SEPAH dan SƏRT XƏBƏRDARLIQ: “Müharibə bütün regiona yayılacaq, zərbə vuracağıq” KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) İrana qarşı mümkün yeni hücumların ciddi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.

KONKRET.az-ın məlumatına görə, bu barədə SEPAH-ın yaydığı bəyanatda bildirilir.

Sənəddə qeyd olunur ki, İrana qarşı hər hansı təcavüz təkrar olunduğu halda münaqişə bu dəfə regionun hüdudlarını aşaraq daha geniş miqyas ala bilər.

“Əgər İrana qarşı təcavüz yenidən baş verərsə, vəd edilən regional müharibə bu dəfə regiondan kənara da yayılacaq”, – deyə açıqlamada vurğulanıb.

SEPAH həmçinin bildirib ki, İran ABŞ və İsrailə qarşı mövcud imkanlarının hamısından hələ istifadə etməyib.

Qurum gözlənilməz məkanlarda “sarsıdıcı zərbələr” endiriləcəyi ilə bağlı da xəbərdarlıq edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
konkret.az

2Mənbələr