
İrana qarşı hər hansı mümkün hücum genişmiqyaslı nəticələrə səbəb olacaq.
Missiya.Az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yeni bəyanat yayaraq xəbərdarlıq edib.
Bildirilib ki, əgər İrana yenidən hücum edilərsə, müharibə regionla məhdudlaşmayacaq və gözlənilməz coğrafiyalarda təsir göstərəcək.
SEPAH-ın açıqlamasında ABŞ və İsrailə ünvanlanan sərt ifadələr yer alıb və mümkün hərbi qarşıdurma halında daha geniş miqyaslı cavab veriləcəyi vurğulanıb.
Daşqın HəsənovMissiya.Az