AZ

Avropa və dünya yarışlarının mükafatçıları ilə görüş keçirilib

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Milli Paralimpiya Komitəsi Avropada və dünya səviyyəli yarışlarda uğurlu nəticələr göstərən paralimpiyaçı idmançılarla görüş təşkil edib.

XQ xəbər verir ki, görüşdə Almaniyada keçirilən parataekvondo üzrə Avropa çempionatında gümüş medal qazanan İmaməddin Xəlilov və Sabir Zeynalov, həmçinin paraüzgüçülük üzrə Dünya Seriyasında bir gümüş və bir bürünc medal əldə edən Əli Vəliyev iştirak ediblər. Tədbirə idmançıların məşqçiləri də qatılıblar.

Müzakirələr zamanı atletlərin yarış təəssüratları dinlənilib, milli komandaların gələcək hazırlıq planları və beynəlxalq arenada uğurların davam etdirilməsi istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

Toplantıda komitənin baş katibi Toğrul Rəhimov, İdman şöbəsinin müdiri Cavad Axundzadə və digər rəsmi şəxslər də iştirak ediblər.

Seçilən
15
1
xalqqazeti.az

2Mənbələr