AZ

“Mövcud problemlər köhnə metodlarla həll edilə bilməz” - Pezeşkian

“İranın hazırkı sosial-iqtisadi və siyasi problemlərinin mövcud yanaşmalarla həlli mümkün deyil”.

Missiya.Az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

O bildirib ki, təzyiq və məhdudiyyətlər şəraitində hökumət daha çox yaradıcılığa, ekspertlərin prosesə cəlbinə və cəmiyyətin potensialından istifadəyə arxalanmalıdır.

Pezeşkian qeyd edib ki, ölkənin çətinliklərinin aradan qaldırılması üçün ya yeni həll yolları tapılmalı, ya da tamamilə yeni idarəetmə yanaşmaları formalaşdırılmalıdır.

Daşqın HəsənovMissiya.Az

Seçilən
38
1
missiya.az

2Mənbələr