AZ

“Yalnız bir tərəfin üzərinə düşən model işləmir” Səbinə Hacıyeva

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Tarixi şəhərlərin bərpası və regenerasiyası yalnız bir tərəfin deyil, dövlətin, yerli icmanın və müxtəlif maliyyə mənbələrinin birgə iştirakı ilə mümkün ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva WUF13 çərçivəsində keçirilən “Mədəni irsə yeni baxış və inklüziv şəhər yenilənməsi” adlı xüsusi sessiyada deyib.

O qeyd edib ki, nə yalnız sakinlərin, nə də yalnız dövlətin üzərinə qurulan model effektivlik göstərir:

“Binalarda yaşayan insanlara bütün yükün həvalə edilməsi real deyil, çünki onlar bunu tam həyata keçirə bilməzlər. Eyni zamanda yalnız dövlət prosesə rəhbərlik edəndə icma iştirakdan kənarda qalır”.

Səbinə Hacıyevanın sözlərinə görə, optimal yol qarışıq maliyyələşmə modelidir:

“Dövlət, yerli maraqlı tərəflər və donorların birgə iştirak etdiyi sistemə ehtiyac var. Qarışıq maliyyələşmə və fond mexanizmi tarazlığı təmin edir. Keçmiş təcrübələr göstərir ki, yalnız dövlətin məsul olduğu modeldə icma prosesə qoşulmur, yalnız icmaya əsaslanan yanaşmada isə maliyyə çatışmazlığı yaranır”.

O, çıxışının sonunda bildirib ki, belə bir model tarixi irsin dayanıqlı şəkildə qorunmasına imkan verir.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
2
bakivaxti.az

3Mənbələr