AZ

Panamalı nazir: Məqsədimiz bərpa edilən tarixi ərazilərdə sosial və yaşayış funksiyasını qorumaqdır

Hazırda əsas çağırışlardan biri dövlət tərəfindən sosial xidmətlərin təmin edilməsinə məsul olan şirkətlərin mənzil inkişafı prosesində daha fəal rol oynamasına nail olmaqdır. Bu qurumlar hər bir ailənin həyat keyfiyyətinin təmin edilməsində mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Panamanın Mənzil Təminatı və Məkan Planlaşdırılması naziri Xayme Xovane BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “İki region, bir gündəm: inklüziv şəhər yenilənməsi üçün dərslər” mövzusunda keçirilən panel müzakirədə çıxışı zamanı deyib.

O qeyd edib ki, ölkə səviyyəsində mənzil ehtiyaclarının qarşılanması istiqamətində ciddi səylər göstərilir.

“Panamanın “köhnə şəhər” adlanan tarixi ərazilərinin bərpasına da toxunan nazir bildirib ki, bu istiqamətdə genişmiqyaslı işlər həyata keçirilib, şəhərin tarixi irsinin qorunması və bərpası artıq xeyli inkişaf edib. Əsas məqsəd bərpadan sonra insanların həmin ərazilərə geri qayıtmasını təmin etmək, eyni zamanda, “köhnə şəhər”in sosial və yaşayış funksiyasını qorumaqdır”, - deyə Xayme Xovane əlavə edib.

Seçilən
2
2
azerbaijan-news.az

2Mənbələr