Bakı, 20 may, AZƏRTAC
Şəhərin regenerasiyası zamanı əsas məqsəd tarixi dəyərləri qorumaqla yanaşı, şəhəri müasir tələblərə uyğun inkişaf etdirməkdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Mexiko şəhərinin mənzil təsərrüfatı naziri İnti Munoz BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Mədəni irsin və inklüziv şəhər reqenerasiyasının yenidən düşünülməsi” mövzusunda keçirilən panel sessiya zamanı deyib.
O qeyd edib ki, XX əsrin sonlarında tarixi məhəllələrdə yüksək əhali sıxlığı mövcud idi və bu da şəhər planlaşdırmasında ciddi çağırışlar yaradırdı.
“Hazırda məqsəd regenerasiya prosesini mümkün olan ən yüksək səviyyədə həyata keçirməkdir. Bununla yanaşı, şəhərin orijinallığı, memarlıq kimliyi və tarixi ruhu mütləq şəkildə qorunmalıdır”,- deyə o əlavə edib.