AZ

Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən layihələr milli qürurun təntənəsidir- ÖZƏL

"Bu gün işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma layihələri isə dünya şəhərsalma tarixində xüsusi əhəmiyyətə malik nümunələr sırasında yer alır. Qısa zaman ərzində inşa olunan yollar, tunellər, körpülər, hava limanları, yaşayış kompleksləri, məktəblər, xəstəxanalar və sosial infrastruktur layihələri Azərbaycanın güclü siyasi iradəsini və dövlət potensialını açıq şəkildə nümayiş etdirir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib: "Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən bu layihələr yalnız quruculuq prosesi yox, həm də tarixi ədalətin bərpası, milli qürurun təntənəsi və vətəndaş həmrəyliyinin təcəssümüdür. Eyni zamanda, Bakıda və digər şəhərlərimizdə ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər xüsusi diqqətə layiqdir. Uzun illər ekoloji problemlərlə üzləşən ərazilərin bu gün müasir park və istirahət məkanlarına çevrilməsi, yaşıllıq zonalarının genişləndirilməsi, ekoloji nəqliyyat sistemlərinin tətbiqi və insan amilinin şəhərsalma siyasətinin mərkəzinə yerləşdirilməsi Azərbaycanın "yaşıl şəhər" konsepsiyasına verdiyi önəmin bariz nümunəsidir. Bu siyasət ölkəmizdə urbanizasiya prosesinin yalnız texniki inkişaf üzərində yox, insan rifahı və sağlam yaşayış prinsipləri əsasında qurulduğunu göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
olaylar.az

1Mənbələr