AZ

Konqres ABŞ ordusundan İranda məktəbin bombalanmasına görə məsuliyyəti üzərinə götürməsini tələb etdi...



ABŞ Konqresində Mərkəzi Komandanlığın (CENTCOM) komandanı admiral Bred Kuperdən İranda 150-dən çox qızın ölümünə səbəb olan məktəb hücumuna görə məsuliyyəti üzərlərinə götürməsi tələb edilib.

Admiral Bred Kuper, ABŞ müdafiə nazirinin Beynəlxalq Təhlükəsizlik Məsələləri üzrə köməkçisi Daniel Zimmerman və ABŞ Afrika Komandanlığının komandanı general Daqvin Andersonla birlikdə "ABŞ Hərbi Duruşu, Böyük Yaxın Şərq və Afrikada Milli Təhlükəsizlik Problemləri" adlı dinləmədə ifadə verib.

Komitənin üzvü Adam Smit admiral Bred Kuperi İran rəsmilərinin "150-dən çox məktəbli qız da daxil olmaqla 175 nəfərin ölümünə səbəb olan" məktəb’ raket hwcumuna görə ABŞ-ın məsuliyyətini etiraf etməyə çağırıb.

Əvvəlki hadisələrdə ABŞ ordusunun araşdırmalar davam edərkən belə səhvlərini tez bir zamanda etiraf etdiyini xatırladan Smit, İranda baş verənlərin də aydın şəkildə ortada olduğunu deyib.

Smit "İndi bir səhv olduğunu və bunun üçün bizim məsuliyyət daşıdığımızı qəbul edə bilərsinizmi?" deyə soruşduqda, Kuper məsuliyyəti açıq şəkildə qəbul etmədən "ABŞ qəsdən mülki şəxsləri hədəf almır" cavabını verib.

Smit eyni sualı təkrar verdikdə, CENTCOM rəhbəri sadəcə olaraq "İstintaq davam edir" deyərək, araşdırmalar başa çatdıqdan sonra şəffaflığın təmin ediləcəyini vəd edib.

Qeyd edək ki, ABŞ-İsrail qüvvələrinin İrana hücumlarına başladığı 28 fevralda Hormozqan əyalətinin Minab şəhərindəki Şəcərət əl-Tayyibə Qızlar İbtidai Məktəbinin bombalanması nəticəsində uşaqlar və müəllimlər də daxil olmaqla 185 nəfər həlak olub.

Tahir TAĞIYEV

Seçilən
13
baki-xeber.com

1Mənbələr