AZ

Şura sədri: Azərbaycanın enerji resursları zəngin olsa da, şirin su ehtiyatları məhduddur

"Bəzi ölkələrdə bol şirin su ehtiyatları mövcuddur, lakin Azərbaycan enerji resursları baxımından zəngin olsa da, şirin su ehtiyatları məhduddur".

APA xəbər verir ki, bunu Azərbaycan Yaşıl Tikinti Şurasının sədri Fuad Bağırov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən “Dekarbonizasiya olunmuş, davamlı və yerli mənbəli evlərin çatdırılması” adlı tədbirdə deyib.

O bildirib ki, bizim regionda fərqli reallıqlar mövcuddur.

“Çox vaxt qlobal dayanıqlılıq müzakirələri əsasən Qərbi Avropa və Şimali Amerika tərəfindən hazırlanmış modellər əsasında formalaşır. Bu modellər dəyərlidir - onlar metodologiya, struktur, investor inamı və texniki meyarlar təqdim edir. Lakin bu yanaşmalar çox spesifik tarixi, iqlim, infrastruktur və iqtisadi şəraitdə formalaşıb. Bizim regionun isə fərqli reallıqları var və bu, yaşıl sertifikatlaşdırma sisteminə baxarkən xüsusilə nəzərə çarpır”, – deyə o vurğulayıb.

Fuad Bağırov qeyd edib ki, ölkələr müxtəlif ekoloji təzyiqlərlə üzləşir, bəzi iqtisadiyyatlar hələ də kömürdən yüksək dərəcədə asılıdır, digərləri enerji qıtlığı və qeyri-sabit elektrik infrastrukturu ilə mübarizə aparır.

Seçilən
12
1
apa.az

2Mənbələr