AZ

Uşaqlar deyəndə bildim ki, kürəyimdən vurulmuşam

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Şəmkirdə gənclər arasında parkda başlayan zarafat qanla bitib. Kür qəsəbəsində baş verən hadisə zamanı yeniyetmə dostunu ağır yaralayıb.Demokrat.az xəbər verir ki, 2007-ci il təvəllüdlü Elcan Quliyev qəsəbə parkında tanışı Musa ilə gəzərək söhbət edib. Bu zaman onların əl-qol zarafatı mübahisəyə çevrilib. Elcan üzərində gəzdirdiyi bıçaqla dostunun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Hadisədən sonra gənc barəsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb.Məhkəmədə ifadə verən Elcan dostunu qəsdən vurmadığını, hər şeyin qəfildən baş verdiyini iddia edib:"Musa mənim yaxın dostumdur, hər gün görüşürdük. Həmin gün ad günündən gəlirdim, cibimdəki bıçağı da ağac kəsmək üçün götürmüşdüm. Parkda zarafatlaşanda aramızda narazılıq yarandı. Bıçağı onun istiqamətinə atdım, böyrünə dəydi. Digər zərbələrdən xəbərim olmayıb. Sonra ona kömək edib xəstəxanaya apardım".Zərərçəkmiş Musa isə zərbə anını hiss etmədiyini bildirib:"Parkda zarafat edirdik. Bıçağın əvvəlcə əlimə dəyməsini gördüm, əhəmiyyət verməyib uzaqlaşdım. Kürəyimdən vurulduğumu isə yalnız ordakı uşaqlar qan axdığını deyəndə bildim".Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elcan Quliyevə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
50
demokrat.az

1Mənbələr