AZ

Yollarda hərəkətlilik artdıqca travmalar da çoxalır Baş həkim

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Travmatologiya İnstituna xüsusilə məişət travmaları və yol-nəqliyyat hadisələri zamanı baş verən travmalarla bağlı müraciətlər daha çox olur".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayımda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktorunun müavini, baş həkim Nizami Məmmədov vurğuladı.

Əlavə etdi ki, başqa travmalarla bağlı müraciətlər də çox daxil olur:

"Son dövrlər isə skuterlərlə və mopedlərlə bağlı travmaların sayı artıb. Yəni nəqliyyat vasitələri ilə bağlı travmalar daha çox müşahidə olunur. Bu da mövcud infrastrukturun yaxşılaşdırılması, yollarda hərəkətliliyin artması, skuterlər üçün əlavə zolaqların yaradılması və bu vasitələrdən istifadənin çoxalması ilə bağlıdır. Amma ən çox müraciətlər, dediyim kimi, əsasən məişət travmaları, avtonəqliyyat travmaları və küçədə baş verən travmalarla bağlı olur".

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
1
redaktor.az

2Mənbələr