Tehranda Ayətullah Xameneyiyə 15 metr hündürlüyündə abidə ucaldılacaq.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə İran Dövlət Televiziyası məlumat yayıb.
Qeyd edilir ki, yaxın gələcəkdə Tehranın “İnqilab” meydanında İranın mərhum lideri Əli Xameneyiyə heykəlin ucaldılması planlaşdırılır.
15 metr hündürlüyündə olacaq abidənin maketi artıq İran Dövlət Televiziyasının “Sabahınız xeyir” proqramında nümayiş etdirilib.