AZ

Köhnə sınığın yeri ağrımalıdır? - Həkimdən AÇIQLAMA

"Köhnə sınıq yerinin ağrıması ilə bağlı fikirlər bir qədər fərqlidir. Bunu belə izah edim: əgər həmin nahiyədə əməliyyat keçirilibsə, əməliyyat sahəsində yaranan çapıq toxumasında, əzələlərdə və sinirlərdə ağrı ola bilər. Əgər sınıq uclarında tam bitişmə əldə olunubsa, yəni sümük tam qaynaşıbsa, praktik olaraq sınıq yerində ağrı olmamalıdır".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayımda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktorunun müavini, baş həkim Nizami Məmmədov vurğuladı.

Onun sözlərinə görə, əgər sınıq nahiyəsində tam bitişmə əldə olunmayıbsa, fibroz bitişmə və yaxud digər bitişmə növləri yaranıbsa, xəstə yeriyə bilsə də həmin nahiyədə ağrı hiss edə bilər:

"Bu halda artıq həkim müayinəsi vacibdir. Həkim detallı rentgen müayinəsi, lazım gələrsə kompüter tomoqrafiyası və MRT müayinələri apararaq ağrının səbəbini dəqiqləşdirməlidir. Yenə də qeyd edirəm ki, ağrının səbəbi dərinin və dərialtı nahiyənin çapıq toxumasından başlayaraq sümüyün özündə olan daxili patologiyalara qədər geniş şəkildə araşdırılmalıdır".

NURİYYƏ

Seçilən
25
1
redaktor.az

2Mənbələr