AZ

Mehdiabad qəsəbəsində yeni cüdo zalı istifadəyə verilib

Abşeron rayonu Mehdiabad qəsəbəsində yeni cüdo zalı fəaliyyətə başlayıb.

Apasport.az xəbər verir ki, açılış mərasimində Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini, idman direktoru Kamran Talıbov, gənc oğlanlardan ibarət milli komandanın baş məşqçisi Rüstəm Alimli və digər rəsmilər iştirak ediblər.

Azərbaycan Cüdo Federasiyası tərəfindən zal müasir standartlara uyğun tatamilərlə təchiz edilib. Zalda paltardəyişmə otaqları və digər köməkçi sahələr mövcuddur. Burada 150-dən çox idmançının cüdo ilə məşğul olması üçün əlverişli şərait yaradılıb.

Qeyd edək ki, 2022–2026-cı illər ərzində Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zirə, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran, Daşkəsən və Yevlax da daxil olmaqla ölkənin müxtəlif bölgələrində yeni cüdo zalları istifadəyə verilib. Bununla yanaşı, Bakı və regionlardakı 202 idman zalına ümumilikdə 14300 tatami paylanılıb.

Millimiz Avropa Kubokunun ilk gününü 8 medalla başa vurub

Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə yeniyetmələrin Liqa yarışı keçiriləcək

2 cüdoçumuz Avropa çempionatında çıxış edəcək

Cüdo üzrə kişilər arasında Liqa yarışının növbəti turu keçiriləcək

Cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək

Seçilən
3
6
apasport.az

8Mənbələr