AZ

Şəhərlər miqrasiyanın real şəkildə hiss olunduğu məkanlardır

“Azərbaycanın COP29-dan sonra oxşar miqyaslı daha bir qlobal tədbirə ev sahibliyi etmək imtiyazına malik olduğu bir dövrdə, miqrasiyanın qlobal müzakirələrin mərkəzində qalmasını təmin etdik. İndi isə bu yanaşmanı Dünya Şəhər Forumu çərçivəsində də inkişaf etdirməkdən məmnunuq.

 

Miqrasiya ilə urbanizasiya arasındakı əlaqələri araşdırmaq və uyğun idarəetmə mexanizmlərini nəzərdən keçirmək vasitəsilə bu istiqamətdə fəaliyyət göstəririk. Bugünkü tədbir həmçinin iki həftə əvvəl keçirilmiş Beynəlxalq Miqrasiya İcmal Forumunda başlanan qlobal dialoqun bir hissəsidir.

 

Biz hesab edirik ki, Yeni Şəhər Gündəliyi və Təhlükəsiz, Nizamlı və Qanuni Miqrasiya üzrə Qlobal Pakt mühüm qlobal çərçivələrdir və onlar bir-biri ilə sıx əlaqəlidir, qarşılıqlı şəkildə bir-birini gücləndirir.

 

Yeni Şəhər Gündəliyi inklüziv şəhər inkişafının əhəmiyyətini və miqrantların şəhərlərin formalaşmasındakı rolunu qəbul edir. Qlobal Miqrasiya Paktı isə vurğulayır ki, effektiv miqrasiya idarəçiliyi davamlı inkişaf nəticələrinə birbaşa töhfə verir.

 

Qoşulmama Hərəkatının (G-13) ev sahibi və Qlobal Miqrasiya Paktı üzrə Çempion Ölkələr Təşəbbüsünün həmsədri kimi Azərbaycan bu iki qlobal gündəm arasında sinerjinin yaradılmasına xüsusi əhəmiyyət verir.

 

Beynəlxalq Miqrasiya İcmal Forumunda iştirakımız çərçivəsində biz həmçinin 2026-cı il üzrə Qlobal Miqrasiya Hesabatının təqdimatında iştirak etdik. Hesabatda beynəlxalq miqrasiyanın artan dinamikası qeyd olunur və 2024-cü ilədək miqrantların sayının 304 milyona çatdığı, bunun isə dünya əhalisinin 15,3 faizini təşkil etdiyi bildirilir.

 

Bu gün dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır və 2050-ci ilə qədər bu göstəricinin 70 faizə çatacağı gözlənilir. Miqrantlar bu prosesin bir hissəsidir və şəhər transformasiyasının əsas hərəkətverici qüvvələrindən biri hesab olunurlar.

 

Şəhərlər miqrasiyanın real şəkildə hiss olunduğu məkanlardır — insanların təhlükəsizlik, imkanlar, xidmətlər, təhsil və inklüzivlik axtardığı yerlərdir. Şəhərlər eyni zamanda miqrasiyanın inkişafda oynadığı rolun açıq şəkildə göründüyü məkanlardır.

Miqrantlar yalnız əmək və ticarət vasitəsilə deyil, həm də bilik, yaradıcılıq və sosial kapital vasitəsilə töhfə verirlər. Buna görə də miqrasiyanın idarə olunması və şəhər idarəçiliyi artıq ayrı-ayrılıqda nəzərdən keçirilə bilməz. Onlar birlikdə idarə olunmalıdır

Seçilən
12
2
anews.az

3Mənbələr