AZ

Mehdiabadda yeni cüdo zalı istifadəyə verildi

Mehdiabad qəsəbəsində yeni cüdo zalı istifadəyə verilib.

Fanat.Az-ın Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətinə istinadən istinadən məlumatına görə, bu münasibətlə keçirilən açılış mərasimində ACF-nin baş katibinin müavini, idman direktoru Kamran Talıbov, gənc oğlanlardan ibarət milli komandanın baş məşqçisi Rüstəm Alimli və digər rəsmilər iştirak ediblər.

ACF tərəfindən zal müasir standartlara uyğun tatamilərlə təchiz edilib. Zalda paltardəyişmə otaqları və digər köməkçi sahələr mövcuddur. Burada 150-dən çox idmançının cüdo ilə məşğul olması üçün əlverişli şərait yaradılıb.

Qeyd edək ki, 2022–2026-cı illər ərzində Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zirə, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran, Daşkəsən və Yevlax da daxil olmaqla ölkənin müxtəlif bölgələrində yeni cüdo zalları istifadəyə verilib. Bununla yanaşı, Bakı və regionlardakı 202 idman zalına ümumilikdə 14300 tatami paylanılıb.

Seçilən
0
4
fanat.az

6Mənbələr