AZ

Kəmalə qalmaqallı mahnısından danışdı: Ana bacının oturduğu toya necə ÇAĞIRIRSINIZ?

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Keçmiş N Brothers qrupunun rəhbəri Namiq Kəmalə son dövrlər müzakirələrə səbəb olan qalmaqallı mahnılarla bağlı diqqətçəkən açıqlamalar verib.

O, xüsusilə müğənni Günəşlinin səs-küy yaradan mahnısına münasibət bildirib. Namiq Kəmalə qeyd edib ki, mahnıda işlədilən söz başqa ifadələrlə əvəz oluna bilərdi:

"Həmin mahnıdakı işlənən sözün bir neçə variantını verə bilərəm ki, dəyişdirilsin. Demirəm söz pis mənadadır, amma ifa ediləndə başqa cür səslənir".

Musiqiçi bildirib ki, studiyada mahnının müzakirəsi zamanı da həmin ifadənin xoş qarşılanmadığı deyilib:

"Studiyada yüz faiz deyiblər ki, pis səslənir. Amma o müğənni də bilərəkdən ifa edib ki, qalmaqal yaransın, toyları artsın".

Namiq Kəmalə cəmiyyətdə qalmaqallı ifaçıların daha çox diqqət görməsini də tənqid edib:

"Problem odur ki, söz-söhbəti çox olan müğənniləri məclislərə dəvət edirlər. Sual verirəm ki, sən o mahnını toyda səsləndirəndə ana-bacın da orada oturur axı".

O əlavə edib ki, mahnının mənasının pis olmadığını düşünsə də, qulaqda yaranan təəssürat fərqli olur:

"Mənası bəlkə də pis deyil, amma qulaqda eşidilən başqadır. İnsanlar məclislərinə kimi çağırdıqlarına və nə oxunduğuna diqqət etməlidirlər".

Keçmiş qrup rəhbəri həmin ifaçının səsinin və muğam biliyinin də yaxşı olduğunu vurğulayıb. Onun sözlərinə görə, sənətçi daha səviyyəli mahnılar seçsəydi, efir qadağaları ilə bağlı problemləri də azalardı:

"O ifaçının yaxşı səsi də var, muğamı da bilir. Amma tələbat belə mahnıları ortaya çıxarır. Halbuki daha səviyyəli mahnılar oxumalı idi".

Namiq Kəmalə sonda bəzi prodüserləri də hədəf alaraq müğənnilərin yanlış istiqamətləndirildiyini deyib:

"O müğənniləri yanlış yönləndirən yanındakı, özünü prodüser adlandıran çanta daşıyan adamlardır".

Açıqlamalar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
news.milli.az

1Mənbələr