Florentino Peres İspaniya futbolu ilə bağlı sərt və tənqidlərlə dolu olan açıqlamaları ilə özünü işə sala bilər. Hər halda o, qeyri-adi fikir və ittihamları ilə maraqlı tərəflərin narazılığına səbəbkar olub.
"Football-plus.az" xəbər verir ki, İspaniya Futbol Hakimləri Assosiasiyası İntizam Komitəsindən “Real”ın prezidentinə qarşı İspaniya futbolundakı hakimlik və korrupsiya ilə bağlı sərt açıqlamalarına görə iş açmağı xahiş edib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Arbitraj Assosiasiyası hesab edir ki, Peresin açıqlamaları idman tənqidindən kənara çıxıb və əslində bütün hakimlərin sistemli korrupsiyası ilə bağlı ittihamları nəzərdə tutur. Müraciətdə bildirilir ki, “Real”ın rəhbəri hakimlərin hərəkətləri səbəbindən bu mövsüm titullarının oğurladığını, iyirmi ildi korrupsiyaya qarşı mübarizə apardıqlarını və təxminən 16-18 xal itirdiklərini açıq şəkildə iddia edib. Peres həmçinin hakimləri “Barselona”nın hesabına varlanmaqda və qərəzli olmaqda ittiham edib.
Hakimlər Assosiasiyası bu cür açıqlamaların nüfuza ciddi ziyan vurduğunu və bütün İspaniya futbolunun etibarlılığına təsir göstərə biləcəyini vurğulayır. Onlar həmçinin işə baxıldığı müddətdə Peresə müvəqqəti fəaliyyət məhdudiyyəti qoyulmasını tələb edirlər. Bundan əlavə, hakimlər Peres və onun rəhbəri olduğu klubdan açıq şəkildə üzr istəməyi, həmçinin mənəvi və peşəkar zərərin ödənilməsini istəyiblər.
Vəziyyət artıq İspaniyada ciddi rezonans doğurub və mümkün sanksiyalarla bağlı son qərarı federasiyanın İntizam Komitəsi verməlidi. Yəni Peresin fikirləri özünü və “Real”ı ziyana sala bilər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta