ain.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çərşənbə günü Birləşmiş Ərəb Əmirlikləri, İraqdan qalxan pilotsuz uçuş aparatlarının (PUA) "Barakah" atom elektrik stansiyasına hücum etdiyini bəyan etdikdən sonra, Bağdadı öz ərazisindən düşmənçilik hərəkətlərinə yol verməməyə çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi məlumat yayıb.
BƏƏ Xarici İşlər Nazirliyi Bağdadı bu cür hücumları dayandırmaq üçün dərhal və qeyd-şərtsiz tədbirlər görməyə və təhdidin aradan qaldırılmasına məsuliyyətlə yanaşmağa çağırıb.
Nazirlik bəyan edib ki, "Barakah" atom elektrik stansiyasına edilən hücum BƏƏ-nin suverenliyini, beynəlxalq hüququ və BMT Nizamnaməsini pozur.
Məryəm Quliyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.