AZ

Modinin Meloniyə verdiyi hədiyyə gündəm oldu

Hindistanın Baş naziri Narendra Modinin İtaliyanın Baş naziri Ciorcia Meloniyə verdiyi hədiyyə sosial mediada müzakirə mövzusuna çevrilib.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, Romada keçirilən görüşlər çərçivəsində Modi Meloniyə “Melody” markalı konfetlər hədiyyə edib.

Bu jest sosial şəbəkələrdə qısa zamanda trendə çevrilib və daha əvvəl yaranmış “#Melody” həştəqini yenidən gündəmə gətirib. Görüş zamanı səmimi anlar diqqət çəkib. Meloni hədiyyəni qəbul etdikdən sonra “Instagram” hesabında “çox yaxşı” sözləri ilə paylaşım edib.

Səfər çərçivəsində tərəflər əsasən ticarət, investisiya və strateji əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Seçilən
27
publika.az

1Mənbələr